Sumqayıt vağzalında 50 manat cərimə məsələsinə rəsmi açıqlama
Sumqayıt Dəmiryol Vağzalının binasının söküntüsünə başlanılıb.
"Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun BAKU.WS-ə verdiyi məlumata görə, hazırda orada müasir standartlara cavab verən yeni vağzal inşa olunur.
"Bundan əlavə Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının istifadəyə verilməsi ilə əlaqədar Sumqayıt Dəmiryol Vağzalı ərazisində köməkçi dəmiryolu xətləri də çəkilib. Hazırda sərnişinlərin qatarları gözlədikləri zaman dayanmaları üçün dayanacaqlar quraşdırılır və platformada üzləmə işləri aparılır” , - deyə Nadir Əzməmmədov bildirib. Qurum rəsmisi bildirib ki, tikinti işlərilə bağlı əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə vağzalda yeni yeraltı keçid inşa olunur. Sərnişinlər dəmir relslərinə toxunmamaq üçün həmin keçiddən istifadə edə bilərlər. Nadir Əzməmmədov bəzi kütləvi informasiya vasitələrində bu tələbləri pozanların 50 manat cərimələnməsinə də münasibət bildirib. "Bu informasiya həqiqətə uyğun deyil. Bizim vətəndaşları cərimələməyə ixtiyarımız yoxdur. Sadəcə əməkdaşlarımız orada nəzarət aparır ki, bədbəxt hadisə baş verməsin”, - deyə Nadir Əzməmmədov vurğulayıb. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakı-Sumqayıt qatarının Siyəzənə getməsilə bağlı növbəti açıqlama (RƏSMİ, XƏRİTƏ, CƏDVƏL)
Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının sürətinin daha da artırılması məqsədilə profilaktik tədbirlər həyata keçirilir, dəmir yolunun müha...