Nazirlik qərar verdi: Bakıda 881 ev söküləcək
"Bakı və ətraf rayonlarda dəmir xətlərinə yaxın ərazilərdəki 881 tikili söküləcək".
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov BBC Azərbaycancana açıqlamasında deyib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin 22 yanvar 2005-ci il qərarına görə, dəmir yolu mühafizə zolağında yerləşən tikililərlə dəmir yolu xətti arasında azı 20 metr məsafə olmalıdır və bu ərazidə tikinti aparmaq üçün Nəqliyyat Nazirliyinin icazəsi olmalıdır.
"Rəsmi məlumata görə, hazırda ölkədə dəmir yolu mühafizə zolağında 2840 qanunsuz tikili var. Bunun 538-i qeyri-yaşayış, 2302-si isə yaşayış sahəsidir. Biz bu haqda sənədləri hazırlamışıq və Nəqliyyat Nazirliyinə təqdim etmişik. Nazirliyin tərkibində yaranan komitə 881 tikili haqqında sökülmə qərarı verib. Hazırda sənədlər Nazirlər Kabinetindədir və biz onlardan cavab gözləyirik", - deyə N.Əzməmmədov bildirib.
BAKU.WS
Oxşar xəbərlər
Yollarda dəmir arakəsmələr sökülür
Dünən səhər saatlarında Bakı-Sumqayıt yolunda mikroavtobus dəhşətli qəza törədib. Belə ki, idarəetməni itirən mikroavtobus sürücüsü nəqliyyat vasitəsini yolun k...