“Azərbaycan Dəmir Yolları” QSC-dən “ölü işçi”lərin təmizlənməsinə başlanıldı
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində böyük islahatlar aparılıb.
BAKU.WS-in məlumatına görə, islahatlar yeni sədr Cavid Qurbanov təyin olunandan və qurumun Nəqliyyat Nazirliyinin tərkibindən çıxarıldıqdan sonra başlayıb. İlk öncə işçilər arasında yoxlamalar aparılır. Yoxlamalar zamanı məlum olub ki, uzun illərdir QSC-də adi işçi kimi qeydiyyatda olan, lakin işləməyən şəxslər var. "Ölü işçi”lər dərhal QSC-dən çıxarılıb. Ümumilikdə qurumdan 200-ə qədər "ölü işçi”lər azad olunub. Çıxarılan işçilərin əvəzinə isə dəmiryolçuların məvaciblərinin artırılacağı bildirilir.
Digər islahatlar yolların təmir-tikinti sektorunda, yeni qatarların alınması və digər sektorlarda da aparılır. Bundan əlavə, "Azərbaycan Dəmir Yolları” QSC-nin şöbə rəisləri də yenilənir. BAKU.WS
Oxşar xəbərlər
Nəqliyyat Nazirliyində nələr baş verir? (RƏSMİ AÇIQLAMA)
"Nəqliyyat Nazirliyində hər gün iclas keçirilir. İclas ya nazir, yaxud da nazir müavinlər tərəfindən aparılır. İslahatlara gəlincə, qurumda islahatlar aparılır”...