Azərbaycana yeni iri kredit götürür
Asiya İnkişaf Bankı (ADB) Azərbaycana hökumətinə 200 mln. ABŞ dolları həcmində kreditin ayrılması məsələsini nəzərdən keçirəcək.
"Report” xəbər verir ki, bu barədə Bankın rəsmi saytında məlumat yerləşdirilib.
Bankın yaydığı məlumatda həmin vəsaitin Şimal-Cənub dəmir yolu layihəsinin reallaşdırılması, həmçinin Azərbaycanın dəmir yolu təsərrüfatının inkişafı üçün ayrıldığı qeyd edilib.
Ayrılacaq vəsait Şimal-Cənub nəqliyyat dəhlizinin Bakı-Yalama (Rusiya ilə sərhəd) xəttinin yenidən qurulması, kompüter, yükdaşıma və əməliyyat sistemlərinin yenidən qurulması və s. işlər üçün istifadə ediləcək.
Məlumatda qeyd olunur ki, bu il noyabrın 12-15-də ADB-nin missiyası layihə üzrə məlumat almaq məqsədi ilə Bakıda səfərdə olacaq.
Bankın açıqlamasında deyilir ki, dekabrın 12-də yekun müzakirələr keçiriləcək, lakin kreditin təsdiqinin tarixi isə hələlik məlum deyil.
Qeyd edək ki, ADB ötən ilin aprelində Şimal-Cənub dəmiryolu layihəsinin satınalma planını açıqlamışdır.
BAKU.WS
Oxşar xəbərlər
Putin: ""İlk dəfə üç dövlət başçısı səviyyəsində Bakıda toplaşacağıq"
"Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin dəvəti ilə avqustun 8-də biz iqtisadiyyatdan və humanitar əlaqələrdən başlamış, təhlükəsizlik və terrorizmə qa...