Bakı son 30-40 ilin rekordunu yenilədi

Bakı son 30-40 ilin rekordunu yenilədi
Sosial 1286
 

Son 30-40 il ərzində ilk dəfə olaraq, Bakıda gün ərzində 65 mm yağıntı düşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova Trend-ə bildirib ki, əvvəlki illərdə də sentyabr ayında yağışlı hava şəraiti müşahidə edilib:"1980-cı ildə sentyabrın 21-də Bakıya düşən yağıntının miqdarı 46 mm olub. 2013- cü ildə sentyabrın 23-dən 24-nə keçən gecə isə 33 mm yağıntı düşüb".

G.Məmmədova qeyd edib ki, dünəndən bu gün səhərədək yağan yağış bir qədər intensiv xarakterli olub. Sutka ərzində Bakıda ən çox yağış "Gənclik” metro stansiyasının yaxınlığında qeydə alınıb: "Büronun yeni quraşdırılan "Bakı ADA avtomat stansiyası”nın ("Gənclik” metrostansiyasının yaxınlığında) məlumatına görə, dünəndən bu gün səhərədək yağan yağıntının miqdarı 65 mm təşkil edib. Bakıya isə ümumilikdə düşən yağıntının miqdarı 47 mm olub. Ancaq son 30-40 il ərzində Bakıda sutka ərzində 65 mm yağıntı qeydə alınmayıb”.

Bakıda güclü yağışın səbəbini G.Məmmədova şimal-qərbdən hərəkət edən soyuq hava cərəyanlarının ölkə ərazisinə daxil olması ilə izah edib.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycana qar yağdı

Azərbaycana qar yağdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabrın 28-i gündüzdən 29-u səhərədək müşahidə olunmuş faktiki hava haqda məlumat yayıb. Ekologiya və Təbii Sərvətlə...

1575 Şou-biznes 11:00 29 sentyabr 2016

Son xəbərlər