Faktiki hava şəraiti açıqlandı: iki rayona dolu düşüb

Faktiki hava şəraiti açıqlandı: iki rayona dolu düşüb
Şou-biznes 1155

 

Sentyabrın 1-i gün ərzində, 2-si səhərədək ölkə ərazisində hava şəraiti dəyişərək qeyri-sabit keçib, güclü şimal-qərb küləyi əsib, şimşək çaxıb, yağış  yağıb, bəzi yerlərdə intensiv olub, Göygöl və Tərtərdə dolu düşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1.0-8.0 mm, Lənkəran-Astara zonasında 1.0-26.0 mm, Astarada 84.0 mm, Lerikdə 41.0 mm, Böyük Qafqazda 1.0-18.0 mm, bəzi dağlıq ərazilərdə 33.0-78.0 mm, Kiçik Qafqazda 1.0-2.0mm, Qazax-Gəncə zonasında 1.0-8.0 mm, Mərkəzi-Aran rayonlarında isə 1.0-24.0mm olub.

Şimal-qərb küləyinin sürəti bəzi rayonlarda 18-32 m/s, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 20-25 m/s təşkil edib, arabir 28m/s-dək güclənib.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Yağışlı hava şəraiti nə vaxtadək davam edəcək?

Yağışlı hava şəraiti nə vaxtadək davam edəcək?

İyulun 13-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvət...

1900 Sosial 13:36 09 iyul 2016

Son xəbərlər