Nazirlikdən Bakıya yağan qar haqqında rəsmi açıqlama
Martın 16-sı səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış, bəzi yerlərdə sulu qar yağıb, intensiv olub, dağlıq və dağətəyi ərazilərdə isə qar yağıb.
BAKU.WS-in məlumatına görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-5, Lənkəran-Astara zonasında 2-19, Lənkəranda və Astarada 25, Böyük Qafqazda 1-16, Mərəzədə 28, Altıağacda 21, Mərkəzi Aran rayonlarında 1-13, Qazax-Gəncə zonasında 1-12, Kiçik Qafqazda 2-8, Naxçıvan MR-da 1-14 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Altıağacda 16, Daşkəsəndə 13 , Ağdərədə 9, Yardımlı, Şamaxıda 7, Sarıbaşda 6, Lerikdə 4, Kəlvəz, Rvarud, Qəbələ, Xınalıqda 3, Mərəzədə 2, Şahbuz, Göygöldə 1, Qubanın dağlıq ərazilərində 1-19, Naxçıvan MR-nın dağlıq ərazilərində 9-22 sm olub.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycana 33 sm qar yağdı
Martın 6-sı gündüzdən 7-si səhərədək müşahidə olunmuş faktiki hava haqqında məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologi...