Azərbaycana 41 sm hündürlükdə qar yağıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi yanvarın 25-i səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib,
BAKU.WS-in məlumatına görə, yağış, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub.
Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 3-24, Böyük Qafqazda 1-17, Kiçik Qafqazda 5-6, Mərkəzi-Aran rayonlarında 3-15, Qazax-Gəncə zonasında 3-9, Naxçıvan MR-da 1-7, Bakıda və Abşeron yarımadasında 1-6 mm olub.
Qar örtüyünün hündürlüyü hazırda dağlıq rayonlarda 12-41, dağətəyi rayonlarda 1-9 sm-ə çatıb.
Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclənib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycana 85 sm qalınlığında qar yağıb
Azərbaycan ərazisində faktikihava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozla...