Azərbaycana 59 sm qar yağdı (FOTO, VİDEO)

Azərbaycana 59 sm qar yağdı (FOTO, VİDEO)
Video
Şou-biznes 1935

Ölkə ərazisində hava şəraiti kəskin dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, hava yağıntılı olub, sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, gecə saatlarında yarımadanın bəzi yerlərində yağış sulu qara keçib.

Nazirlikdən BAKU.WS-ə bildirilir ki, dekabrın 3-dən 4-nə keçə gecə Azərbaycanda küləyin sürəti saniyədə 15-23 metrə, bəzi regionlarda hətta 35 metrə yüksəlib. Bu göstərici ölkə ərazisində küləyin sürətinin saatda 125 km-ə qədər yüksəldiyinə əsas verir. Güclü şimal qərb küləyi ölkədə hava tempraturunun kəskin aşağı düşməsinə gətirib. Nazirlikdən verilən məlumata görə, küləyin sürəti mövsüm normalarına uyğundur.

 

Ancaq buna baxmayaraq güclü külək Bakıda fəsadlara səbəb olub. Paytaxtın Nərimanov rayonu Qədirbəyov və Dəmirçizadə küçələrində yerləşən həyətdə binalar üçün nəzərdə tutulan üzlüklər güclü küləyin nəticəsində avtomobillərin üstünə düşərək yararsız hala salıb. Həyətın giriş-çıxışıları bağlanıb. Bundan başqa həyətdə olan ağaclar da aşıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, dekabrın 4-dən düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 15-32 mm (aylıq normanın 60-90 faizi), Lənkəran-Astara zonasında 13-52 mm (aylıq normanın 70-128 faizi), Lənkəranda 130 mm (aylıq normanın 127 faizi), Mərkəzi Aran rayonlarında 18-38 mm (aylıq normanın 87-132 faizi), Böyük Qafqazda 5-35 mm (aylıq normanın 70-90 faizi), Kiçik Qafqazda 7-17 mm (aylıq normanın 27-57 faizi) təşkil edib.  

Qar örtüyünün hündürlüyü Xınalıqda 59, Qəbələdə 37, Rvarudda 35, Lerikdə 32, Altıağacda 31, Şində 29, Şəkidə 25, Ordubadda 24, Yardımlı, Gədəbəy, Kəlvəzdə 22, Qubada 20, Daşkəsəndə 19, İsmayıllıda 17, Ağdərə, Qaxbaş, Sarıbaşda 15, Şahbuzda 14, Naxçıvanda 10, Qaxda 8, Zaqatalada 5, Mərəzədə 1, Qubanın dağlıq ərazilərində 15-59 sm təşkil edib.

 

 

Qusar 

 İsmayıllı (FOTO Kamran M.)

Qəbələ (FOTO Əliyeva Ulya)

Quba (FOTO Afaq Məmmədova)  

 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Nazirlikdən hava xəbərdarlığı: Sabahdan tempratur 10 dərəcə azalacaq, qar yağacaq

Nazirlikdən hava xəbərdarlığı: Sabahdan tempratur 10 dərəcə azalacaq, qar yağacaq

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra sabahdan başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, dekabrın 06-dək qe...

2594 Şou-biznes 14:34 02 dekabr 2015

Son xəbərlər