Sabahdan hava kəskin dəyişəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Azərbaycan ərazisində hava şəraiti yağmurlu olacaq, bəzi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 30-da Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 12-15, Bakıda gecə 9-11, gündüz 12-14 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-11, gündüz 12-15, dağlarda gecə 0-4, gündüz 4-7 dərəcə isti olacaq.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycana qar yağacaq
Bakı və Abşeron yarımadasında oktyabrın 30-da fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunaca...