Azərbaycana qar yağacaq

Azərbaycana qar yağacaq
Şou-biznes 1524

Bakı və Abşeron yarımadasında oktyabrın 30-da fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 12-15, Bakıda gecə 9-11, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında oktyabrın 30-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-11, gündüz 12-15, dağlarda gecə 0-4, gündüz 4-7 dərəcə isti olacaq. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Nazirlikdən bu günə hava xəbərdarlığı

Nazirlikdən bu günə hava xəbərdarlığı

Bu günə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə...

938 Şou-biznes 09:04 21 oktyabr 2015

Son xəbərlər