Nazirlikdən bu günə hava xəbərdarlığı

Nazirlikdən bu günə hava xəbərdarlığı
Şou-biznes 941

 

Bu günə gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında

Oktyabrın 21-də havanın tutulub açılacağı, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 21-də Əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 16-21, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq. 

Oktyabrın 21-23-də Abşeron yarımadasında əksər meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Nazirlikdən hava xəbərdarlığı: sabah diqqətli olun!

Nazirlikdən hava xəbərdarlığı: sabah diqqətli olun!

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə,...

2351 Şou-biznes 13:32 20 oktyabr 2015

Son xəbərlər