Azərbaycana 33 sm qar yağdı
Martın 6-sı gündüzdən 7-si səhərədək müşahidə olunmuş faktiki hava haqqında məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi martın 7-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, Qubanın dağlıq ərazilərində isə qar yağıb.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 0,5-2, Lənkəran-Astara zonasında 1-7, Böyük Qafqazda 3-24, Oğuzda 41, Mərkəzi-Aran rayonlarında 2-14, Göyçayda 27, Qazax-Gəncə zonasında 1-9, Naxçıvan MR-da 3-11, Kiçik Qafqazda 1-6 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Xınalıqda 33, Qırızda 27, Ləzədə 15, Rükdə 10 sm olub.
BAKU.WS
Oxşar xəbərlər
Nazirlikdən hava xəbərdarlığı: temperatur düşəcək, qar yağacaq
Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 6-7-də hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Ekologiya...