Bakıya yağan yağışla bağlı nazirlikdən açıqlama

Bakıya yağan yağışla bağlı nazirlikdən açıqlama
Şou-biznes 1158

 

Martın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, martın 29-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq rayonlarda qar yağıb. 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-14, Böyük Qafqazda 3-21, Mərkəzi Aran rayonlarında 4-21, Lənkəran-Astara zonasında 1-9, Naxçıvan MR-da 1-7, Kiçik Qafqazda 5-8, Qazax-Gəncə zonasında 7-16 mm təşkil edib. 

Qar örtüyünün hündürlüyü Ağdərədə 6, Daşkəsən, Göygöldə 2, Gədəbəydə 1, Qubanın dağlıq ərazilərində 10-15 sm-ə çatıb.

BAKU.WS

Oxşar xəbərlər

Nazirlikdən Bakıya yağan qar haqqında rəsmi açıqlama

Nazirlikdən Bakıya yağan qar haqqında rəsmi açıqlama

Martın 16-sı səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış, bəzi yerlərdə sulu qar yağıb, intensiv olub, dağlıq və dağətəyi ərazilərdə is...

1359 Şou-biznes 11:53 16 mart 2016

Son xəbərlər