Azərbaycana qar yağdı

Azərbaycana qar yağdı
Şou-biznes 1590

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabrın 28-i gündüzdən 29-u səhərədək müşahidə olunmuş faktiki hava haqda məlumat yayıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi sentyabrın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış  yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 18-65, Böyük Qafqazda 3-4, Mərkəzi Aran rayonlarında 3-29, Lənkəran-Astara zonasında 11-39, Kiçik Qafqazda 7-18, Qazax-Gəncə zonasında 2-6, Naxçıvan MR-da 1-7 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Şahdağda 1 sm olub. 

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycana dolu düşdü, sulu qar yağdı

Azərbaycana dolu düşdü, sulu qar yağdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi sentyabrın 24-dən ölkə ərazisində hav...

1109 Şou-biznes 11:20 24 sentyabr 2016

Son xəbərlər