Azərbaycanda yeni telekanal açılır
12
sen
2018
16:15
Ötən il Milli Televiziya və Radio Şurasının qərarı ilə lisenziya verilən telekanalın yayım vaxtı məlum olub.BAKU.WS xəbər verir ki, qurumun sədri Nuşirəvan Məhərrəmli “unikal.org”a açıqlamasında xatırladıb ki, Milli Televiziya və Radio Şurasının 28 dekabr 2017-ci il tarixli qərarı ilə "Türkel TV" MMC-yə ümürespublika televiziya yayımı üzrə ixtisaslaşmış (xəbər televiziyası) üçün müddətsiz lisenziya verilib.MTRŞ sədri bildirib ki, ölkənin ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı 2018-ci ilin oktyabr ayında fəaliyyətə başlayacaq. Bununla da respublika üzrə yayımlanan kanalların sayı 11-ə çatacaq.BAKU.WS
Oxşar xəbərlər
MTRŞ sədri bayağı verilişlərdən danışdı
"Özəl televiziya kanallarında bayağı verilişlər hələ də bizi narahat edən amildir". BAKU.WS trend-ə istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şur...