MTRŞ Mirşahinin kanalına peyk yayımı üçün müddətsiz lisenziya verib
05
mar
2018
16:47
Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Şuradan BAKU.WS-ə verilən məlumata görə, iclasda “REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. Milli Televiziya və Radio Şurasının qərarına əsasən “REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.Qeyd edək ki, "Real TV" adlanacaq kanalın rəhbəri Azərbaycan Respublikasının əməkdar jurnalisti Mirşahin Ağayevdir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda yeni xəbər kanalı fəaliyyətə başladı
Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.Şuradan BAKU.WS-ə verilən məlumata görə, iclasda Milli Televiziya və Radio Şurasının 14 noyabr 2017...