Real Tv-nin yayıma başlayacağı tarix AÇIQLANDI

Real Tv-nin yayıma başlayacağı tarix AÇIQLANDI
Sosial 4588
“Real” TV-nin peyk yayımına başlayacağı tarix məlum olub.BAKU.WS-in məlumatına görə, Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov apa-ya bildirib ki, “Real” TV-nin martın 12-dən sonra “Azərspace-1” peykində yayıma başlayacağı nəzərdə tutulub.Qeyd edək ki, martın 5-də MTRŞ-da “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.“Real" TV-nin baş direktoru Mirşahin Ağayevdir.BAKU.WS

Oxşar xəbərlər

MTRŞ Mirşahinin kanalına peyk yayımı üçün müddətsiz lisenziya verib

MTRŞ Mirşahinin kanalına peyk yayımı üçün müddətsiz lisenziya verib

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Şuradan BAKU.WS-ə verilən məlumata görə, iclasda “REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyy...

2478 Sosial 16:47 05 mart 2018

Son xəbərlər