MTRŞ Allahşükür Paşazadəyə yox dedi
Milli Televiziya və Radio Şurası (MTRŞ) Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin dini mövzuda yayım həyata keçirəcək televiziya və radionun açılması ilə bağlı fikirlərinə münasibət bildirib.
Qurumun Aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, bu məsələ "Televiziya və radio yayımı haqqında" qanunla tənzimlənir.
O qeyd edib ki, qanunun 10-cu maddəsinin tələbinə əsasən, Azərbaycanda dini televiziya və radionun təsis edilməsi və yayımı mümkün deyil:
"Qanunvercilik buna yol vermir. Eyni zamanda, Şura tərəfindən yaxın gələcəkdə yeni telekanalın açılması üçün müsabiqənin elan edilməsi də gözlənilmir". (report)
BAKU.WS
Oxşar xəbərlər
ANS-lə bağlı vaxt açıqlandı - 21 sentyabr
"ANS Müstəqil Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasının (MTRŞ) kanalın fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə qərardan ve...