ANS-in məhkəməsindən yeni xəbər

ANS-in məhkəməsindən yeni xəbər
Hadisə 1929

Bu gün Ali Məhkəmədə "ANS Müstəqil Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasının (MTRŞ) kanalın fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

"Report”un məlumatına görə, hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə ANS-in yeni vəkili Fuad Ağayev ərizə verərək məhkəmə iclasının təxirə salınmasını istəyib: "ANS mənimlə yenicə müqavilə bağladığı üçün işlə tanış deyiləm. İşlə tanış olmağım üçün məhkəmədən vaxt istəyirəm".

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq "ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib. Daha sonra MTRŞ "ANS Müstəqil Yayım və Media” Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyanın ləğv edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarına əsasən, ANS TV-nin yayım lisenziyası ləğv edilib. ANS həmin qərardan kassasiya şikayəti verib.

BAKU.WS

Oxşar xəbərlər

ANS-in məhkəməsindən son xəbər

ANS-in məhkəməsindən son xəbər

Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində "ANS Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ANS ÇM radiosunun lisenziya...

2541 Hadisə 15:53 06 sentyabr 2016

Son xəbərlər