​MTRŞ-nın ANS-in lisenziyasının ləğvi ilə bağlı qaldırdığı iddia üzrə məhkəmənin vaxtı açıqlanıb

​MTRŞ-nın ANS-in lisenziyasının ləğvi ilə bağlı qaldırdığı iddia üzrə məhkəmənin vaxtı açıqlanıb
Hadisə 1359

 

Milli Televiziya və Radio Şurasının (MTRŞ) "ANS Müstəqil Yayım və Media” Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına baxılacaq tarix açıqlanıb.

BAKU.WS "Report”-a istinadən məlumat verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası iyulun 29-na təyin edilib.

İşə hakim Ülvi Mayılovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq "ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib.

Daha sonra MTRŞ "ANS Müstəqil Yayım və Media” Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyanın ləğvi məsələsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

BAKU.WS

Oxşar xəbərlər

ANS ÇM radiosunun lisenziyasının ləğv olunmasının səbəbi açıqlanıb

ANS ÇM radiosunun lisenziyasının ləğv olunmasının səbəbi açıqlanıb

"ANS ÇM radiosunun lisenziyasına xitam verilməsi yayımçının davamlı olaraq reklam qanunvericiliyinin tələblərini pozması ilə bağlıdır. Bu pozuntular lisenziyanı...

1121 Hadisə 12:31 21 iyul 2016

Son xəbərlər