ANS-ə daha bir zərbə

ANS-ə daha bir zərbə
Hadisə 1352

 

"Özəl televiziya kanalları dövlətin bu ilki maliyyə yardımı ilə bağlı hesabatlarını ilin sonuna kimi Milli Televiziya və Radio Şurasına (MTRŞ) təqdim etməlidir”. 

BAKU.WS-in məlumatına görə, bunu "Report”a Şuranın Aparat rəhbəri Toğrul Məmmədov bildirib.

Onun sözlərinə görə, indiyə kimi ayrılan vəsaitin hara xərclənməsi ilə bağlı bir televiziya – "Lider TV” MTRŞ-ya hesabat təqdim edib: 

"Hesabatın təqdim olunması üçün televiziya kanallarının bu ilin sonuna kimi vaxtı var”.

T.Məmmədov onu da bildirib ki, ANS televiziyasının yayımı dayandırılsa da, telekanalla MTRŞ arasında olan məhkəmə prosesi davam edəcək və şirkət dövlət tərəfindən ayrılmış 161 min vəsaiti dövlət büdcəsinə geri qaytaracaq.

Qeyd edək ki, bu il mayın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımının göstərilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına 2 milyon manat ayrılıb. Həmin məbləğ özəl yayımçılar arasında bərabər məbləğdə bölünüb.

BAKU.WS

Oxşar xəbərlər

ANS ÇM radiosu da BAĞLANDI

ANS ÇM radiosu da BAĞLANDI

Şurada ANS ÇM-ə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul olunub. BAKU.WS bildirir ki, bunu APA-ya açıqlamasında Mi...

1853 Hadisə 13:56 19 iyul 2016

Son xəbərlər