MTRŞ 4 telekanala xəbərdarlıq etdi
Milli Televiziya və Radio Şurası (MTRŞ) bir neçə televiziya kanalına reklam fəaliyyəti, sponsorluq təqdimatı ilə bağlı qanun pozuntularına yol verdiyinə görə ciddi irad bildirib.
BAKU.WS Report-a istinadən məlumat verir ki, MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin qatıldığı görüşdə İTV, "Xəzər" TV, "Lider" TV və "Region" TV-yə efirlərində sponsorluq təqdimatı ilə bağlı yol verdikləri qanun pozuntularına görə ciddi iradlar bildirilib və kanalların səlahiyyətli nümayəndələrinə problemin aradan qaldırılması üçün tapşırıqlar verilib.
Telekanalların nümayəndələri irad tutulan problemləri qısa zamanda aradan qaldıracaqlarına söz veriblər.
BAKU.WS
Oxşar xəbərlər
Telekanala yeni direktor təyin olundu
"Mədəniyyət” kanalına yeni baş direktor təyin olunub. BAKU.WS Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) mətbuat xidmətinin...