MTRŞ Mirşahinə cavab verdi

MTRŞ Mirşahinə cavab verdi
Digər 3

"ANS onunla bağlı ağzından bir az köndələn söz çıxaran hər kəsi imici və işgüzar nüfuzunu qorumaq adı altında məhkəməyə verir. Lap yaxşı da eləyir. Amma gərək özünə rəva bilmədiyini başqasına da bilməyəsən. Belə yol seçənlər, yəni hər şeyi məhkəmə müstəvisində həll etməyə cəhd göstərənlər öz ağızlarından çıxanlara da fikir versələr yaxşı olardı".

BAKU.WS-in məlumatına görə, bunu MTRŞ-nin Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, Mirşahin Ağayev anspress.com saytına açıqlamasında belə deyib: "Nuşirəvan Məhərrəmlinin Xoşqədəm problemi var. Verilişlə bağlı yox aaa.. Məhz Xoşqədəm xanımla”.

"İndi bu, sözdən yapışıb onun özünü məhkəməyə vermək olarmı-olmazmı? Bu, böhtandımı, deyilmi? Şuranın, onun sədrinin hər hansısa aparıcı ilə nə işi var axı? Nə vaxtsa açıqlamalarımızda Xoşqədəmin, yaxud da hansısa başqa aparıcının adını çəkmişikmi? Yox. Biz hər dəfə demişik ki, qanun qarşısında cavabdeh olan yayımçı və onun məsul şəxsləridir, aparıcı yox".

MTRŞ rəsmisi əlavə edib ki, bunun müqabilində belə açıqlamasının onun özünün əleyhinə işləyə biləcəyini Mirşahin yəqin ki, yaxşı bilir. 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər