Mirşahin Ağayev: “Sabah məhkəməyə müraciət edəcəm”
ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev hazırda televiziyanın binasında Milli Televiziya və Radio Şurasının "Hesabat” verilişinə qoyduğu bir aylıq qadağa ilə bağlı mətbuat konfransı keçirir.
BAKU.WS-in konfransda iştirak edən müxbirinin verdiyi məlumata görə, M.Ağayev bildirib ki, MTRŞ-nın bu kanala qarşı qərəzini hiss etməmək mümkün deyil.
Mirşahin Ağayev qeyd edib ki, münasibətlərin bu formada gərginləşməsinə səbəb kanalın teleseriallara ayrılan vəsait üçün etdiyi müraciət olub:
"Hər şey ondan başladı ki, biz prezident tərəfindən teleseriallar üçün ayrılan vəsaitdən bizə çatacaq 40 min üçün müraciət etdik. Bundan sonra bizə qarşı proses başladı. Amma biz hələ də o müraciətin cavabını ala bilmirik. Mən bilmək istəyirəm ki, prezidentin teleseriallarla bağlı ayırdığı vəsait hara, necə ayrılıb".
Mirşahin bildirib ki, o, sabah məhkəməyə müraciət edəcək.
Xatırladaq ki, bu gün Milli Televiziya və Radio Şurasının iclasında qəbul edilən qərara əsasən, "ANS” televiziyasının efirində yayımlanan "Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alnaraq, "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun olaraq "ANS” televiziyasının efirində "Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılıb.
Ziya Babayev
BAKU.WS
Oxşar xəbərlər
MTRŞ-dan ANS-ə daha bir ağır zərbə: Mirşahinin verilişinə qadağa qoyuldu
Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. BAKU.WS-in məlumatına görə, iclasda "ANS” televiziyası tərəfindən "Televiziya və radio y...