MTRŞ "Hesabat"a qoyulan qadağanı aradan götürdü (RƏSMİ)
Bu gün Milli Televiziya və Radio Şurası ANS tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı mətbuat konfransı keçirib.
BAKU.WS məlumat verir ki, MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, telekanalların 2015-ci ilə dair hesabatı açıqlanacaq:
"ANS-lə bağlı MTRŞ-nin verdiyi bütün qərarlar qanuna əsaslanıb. ANS də daxil olmaqla digər kanallarda da pozuntular minimuma endirilib. Amma Azərbaycan efirində hələ görüləsi çox işlər var. ANS kanalı ilə bağlı verdiyimiz qərardan sonra bizə qarşı olan qərəzli iddiaları qətiyyətlə rədd edirik. Teleseriallarla bağlı prezident tərəfindən ayrılan puldan ANS-ə 1 milyon 760 min, LİDER TV-yə 1 milyon 800 min pul köçürülüb. Ayrılan pulların xərclənməsi ilə bağlı biz ANS və İTV-yə qarşı məhkəməyə müraciət etmişik. ANS-ə bildirilmişdi ki, serial başa çatdıqdan sonra pulun 40 faizi ödəniləcəkdi. Bu pul ANS-ə ona görə veriləcəkdi ki, onlar "Abşeron" serialı çəkməli idilər. Lakin sonda bizə təqdim etdikləri serialın adını dəyişib "Sevgi" qoymuşdular və məzmun sevgi haqda idi. Biz də bunu qəbul etmədik. Çünki müqavilə şərti pozulmuşdu. Bu gün ən çox qanun pozuntusu ANS-dədir".
N. Məhərrəmli bildirib ki, "Hesabat"a qoyulan qadağa aradan götürülüb:
"Mirşahin Ağayevin səhhətini, kanal rəhbərliyinin etiraflarını və həssas dönəmi nəzərə alıb dünən verdiyimiz qərarı bu gün geri götürdük".
Ziya Babayev
BAKU.WS
Oxşar xəbərlər
Mirşahin Ağayev: “Sabah məhkəməyə müraciət edəcəm”
ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev hazırda televiziyanın binasında Milli Televiziya və Radio Şurasının "Hesabat” verilişinə qo...