MTRŞ sədri bayağı verilişlərdən danışdı
29
iyn
2018
10:33
"Özəl televiziya kanallarında bayağı verilişlər hələ də bizi narahat edən amildir". BAKU.WS trend-ə istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli bildirib ki, özəl telekanallardakı verilişlərdə bayağılıq, proqramların səviyyəsinin qənaətbəxş olmaması düşündürücü faktordur.Şura sədri qeyd edib ki, özəl televiziya kanalları öz fəaliyyətlərini reytinq üzərində qururlar. Bayağı verilişlər də reytinq yığırsa, onda televiziyalar belə proqramlara üstünlük verirlər:“Milli Televiziya və Radio Şurasının televiziyaların yaradıcılıq siyasətinə qarışmaq ixtiyarı yoxdu. Cəmiyyət bu sahədə dəyişikliyi bizdən gözləyir, amma insanlar özü də bu proseslərdə iştirak edir. O verilişlərdə tamaşaçı və ya qonaq kimi iştirak edən, o verilişlərə baxaraq reytinq qazandıran insanlar da hamısı cəmiyyətin üzvləridir. Həmin verilişləri xoşlamayan və bağlanmasını istəyənlər də cəmiyyətin digər üzvləridir. Amma Şura qanun çərçivəsində iş görür, hazırda bizə belə bir səlahiyyət verilmir”.BAKU.WS
Oxşar xəbərlər
MTRŞ radioların fəaliyyətini qınadı
“Radiolardakı vəziyyətlə bağlı ictimaiyyət tərəfindən böyük narazılıqlar var və o baxımdan da biz radiolarda monitorinqləri artırdıq”.BAKU.WS xəbər verir ki, bu...