Azərbaycan və Böyük Britaniya mülki aviasiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib
14
fev
2018
17:37
Azərbaycan və Böyük Britaniya mülki aviasiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etmişdir"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindın BAKU.WS-ə verilən məlumata görə, 14 fevral 2018-ci il, Bakı - Fevralın 14-də Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Hava Yolları” (AZAL) QSC-də danışıqlar aparmışdır.Görüşdə tərəflər iki ölkənin siyasi və iqtisadi sahələrdə əməkdaşlığından məmnunluğunu bildirmişlər. Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan möhkəm təmələ əsaslanan Azərbaycan mülki aviasiyası bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində öz dayanıqlı inkişafını davam etdirir. Böyük Britaniya şirkətləri ilə əməkdaşlıq 1999-cu ildən ümummilli lider Heydər Əliyevin göstərişi ilə Azərbaycana “Roll-Royce” şirkətinin mühərrikləri ilə təchiz olunmuş “Boeing 757” təyyarəsinin gətirilməsi ilə başlamışdır. Hazırda AZAL və “Silk Way Airlines” aviaşirkətlərinin donanmasının bir hissəsi Böyük Britaniyanın dünya sənayesinin liderlərindən biri olan “Roll-Royce” şirkətinin mühərrikləri ilə təchiz olunmuşdur. Bu kimi irimiqyaslı layihələr Azərbaycanın mülki aviasiyasını Britaniya şirkətlərinin cəlb olunduğu ən iri sahələrindən birinə çevirmişdir.Görüşdə həmçinin qeyd olunmuşdur ki, “Azərbaycan Hava Yolları”nın ilk beynəlxalq istiqamətlərindən biri London olmuşdur. Hazırda bu istiqamətdə uçuşlar müasir “Boeing 787 Dreamliner” təyyarəsi ilə yerinə yetirilir. Emma Nikolson bildirmişdir ki, Azərbaycanın mülki aviasiyası böyük potensiala malikdir və Britaniya istehsalçıları və investorlarının fəaliyyəti üçün çox cəlbedicidir.Görüşün yekunlarına əsasən tərəflər bu sahədə Britaniya şirkətlərinin uğurlu əməkdaşlığına ümidvar olduqlarını bildirmişlər. BAKU.WS
Oxşar xəbərlər
Cahangir Əsgərov dünyanın ən böyük yük aviaşirkətlərindən biri olan “Cargolux” ilə tarixi əməkdaşlığı müzakirə edib
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Prezidenti Cahangir Əsgərov Bakıda “Cargolux” yük aviaşirkətinin Prezidenti və İcraçı Direktoru Riçard Forson ilə görüş...