Azərbaycan və İraq aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar aparılıb
Bakıda Azərbaycan Respublikası və İraq Respublikasının aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar aparılıb.
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, görüş konstruktiv və dostluq şəraitində keçib. Danışıqlar zamanı tərəflər hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini və Azərbaycan və İraq arasında müntəzəm sərnişin və yük uçuşlarının yerinə yetirilməsi perspektivlərini müzakirə ediblər. Görüşdə hər iki ölkənin təyin edilmiş aviaşirkətlərinin nümayəndələri iştirak ediblər.
İraqın mülki aviasiya nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Hava Limanının fəaliyyəti ilə tanış olub.
BAKU.WS
Oxşar xəbərlər
İranın Mahan Air aviaşirkəti Bakıya uçuşlara başlayır
İranın Mahan Air aviaşirkəti oktyabrın 31-dən etibarən Tehran-Bakı-Tehran marşrutu üzrə müntəzəm uçuşlara başlayır. Heydər Əliyev Beynəlxalq Hava Limanının mət...