Azərbaycan və İsrailin aviasiya hakimiyyətləri danışıqlar aparıb
28 dekabr 2016-cı il, Bakı - İsrail tərəfinin təklifi ilə 2016-cı il dekabrın 26-27-də Tel-Əvivdə Azərbaycan Respublikasının və İsrail Dövlətinin aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar keçirilib.
Azərbaycan Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, danışıqlar zamanı tərəflər "Azərbaycan Respublikası Höküməti və İsrail Dövləti Höküməti arasında hava əlaqəsi haqqında Saziş" layihəsini razılaşdırmışdırlar.
İki ölkənin aviasiya administrasiyalarının nümayəndə heyətləri həmçinin hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmiş və hər iki ölkənin təyin olunmuş aviaşirkətləri tərəfindən müntəzəm sərnişin və yük aviareyslərinin yerinə yetirilməsi barədə razılığa gəlmişdirlər.
Danışıqlarda hər iki ölkənin aviaşirkətlərinin nümayəndələri iştirak etmişdirlər.
Oxşar xəbərlər
Bakıda Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın konfransı keçirilib
1-2 dekabr tarixində Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın Bakı şəhərindəki qərargahında Dövlətlərarası Şuranın və Dövlətlərarası Av...