Azərbaycan Dəmir Yolları QSC-də kütləvi ixtisarlar başladı
Azərbaycan Dəmir Yolları "QSC-nin "1 saylı İxtisaslaşdırılmış Dəmiryol Müəssisəsi” MMC-də işçilərin kütləvi şəkildə ixtisar olunması gözlənilir. BAKU.WS-in verdiyi məlumata görə, müəssisənin təxminən 100 nəfərə yaxın işçisinin 70%-nin öz hesablarına məzuniyyətə göndəriləcəkləri planlaşdırılır. Məlumata görə, hətta ötən gün Bakıdan bununla bağlı xüsusi komissiya da gəlib. Hazırda işçilər təşviş içində yekun qərarı gözləyirlər. Müəssisə işçilərinin sözlərinə görə, bu il onlara verilən işin həcmi olduqca azalıb. Bundan başqa, müəssisə üçün zəruri texnika mövcud deyil: "Ancaq daş kran var idi, onu isə Gürcüstanda həyata keçirilən işlər üçün apardılar. Adətən burada işin həcmi az olduqca işçilər Gürcüstandakı layihələrə cəlb olunurdular. Lakin bu ildən muzdlu işçilərə üstünlük verməyə başlayıblar. Eyni zamanda Azərbaycandakı işin böyük həcmi isə Səngəçal, Səlyan kimi regionlara verilib". Конец переписки
BAKU.WS
Oxşar xəbərlər
"Baku Electronics"in iki mağazası bağlanıb, işçilər ixtisar olunur
Azərbaycanda milli valyutanın məzənnəsinin sürətlə dəyərdən düşməsi məişət texnikasının satışı bazarında fəaliyyət göstərən yerli iri şirkətlərin fəaliyyətində...