"Azmade Group" 2024-cü ilə yekun vurdu: "Bizə uğur yaraşır!"

Azmade Group 2024-cü ilə yekun vurdu: Bizə uğur yaraşır!
Foto
Sosial 358

"2024-cü il "Azmade Group" MMC üçün istehsalın həcmi, beynəlxalq miqyaslı layihələrdə iştirak, həm də milli iqtisadiyyata töhfə baxımından son dərəcə məhsuldar olub".

Bunu holdinqin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevda Şükürova bildirib.

"Azmade Group"un İdarə Heyətinin sədri Emruz İsgəndərovun başçılığı ilə holdinqin zavodlarının təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilib. Bununla yanaşı, COP29 kimi nüfuzlu beynəlxalq tədbirdə "Gobustone" adlı layihəmiz vasitəsilə "Yaşıl dünya və dayanıqlı istehsalat" konsepsiyası çərçivəsində ölkəmizi uğurla təmsil etdik. Bu, iddialı bəyanat kimi səslənsə də, zavodlarımıza və layihəmizə olan beynəlxalq maraq və daxil olan təkliflər bunun əyani sübutudur. E.İsgəndərovun COP29-un Mavi Zonasında müxtəlif ölkələrin nümayəndə heyətləri, beynəlxalq təşkilatlar və seçilmiş qeyri-hökumət təşkilatları ilə iqlim dəyişikliyinə dair danışıqlar və müzakirələr aparıb", - deyə o qeyd edib.

S.Şükürovanın sözlərinə görə, "Azmade Group"un Sədrinin və İdarə Heyətinin təşəbbüsü ilə Qarabağın bərpası istiqamətində də addımlar atılıb:

"Gobustone" brendi altında istehsal etdiyimiz məsaməli hörgü blokları (Autoclaved Aerated Concrete - AAC) bölgədəki tikintiyə təqdim olunan yüksəkkeyfiyyətli materiallardır. Onlar təkcə davamlı olduğuna görə deyil, həm də ekoloji cəhətdən təmiz və yüngül olduğuna görə Qarabağda aparılan yenidənqurma işlərində strateji əhəmiyyət daşıyır.

Digər tərəfdən məhz E.İsgəndərov Qarabağ regionunun su təchizatının və qaz infrastrukturunun bərpası keçmiş məcburi köçkünlərin geri qayıtması üçün əsas şərtlərdən biri olduğunu bildirərək "Azertexnolayn" zavodunu bərpa işlərinə cəlb edib.

E.İsgəndərovun rəhbərliyi altında 2012-ci ildə Sumqayıt Kimya Sənaye Parkında əsası qoyulmuş "Azertexnolayn" MMC 2013-cü ildən fəaliyyət göstərir.

Bu iki müəssisənin fəaliyyəti Qarabağın dayanıqlı inkişafına və müasir infrastrukturunun formalaşmasına böyük töhfə verir. Onların strateji rolu təkcə inşaat və kommunikasiya sahələrində deyil, həm də yerli istehsalın güclənməsi baxımından əhəmiyyətlidir".

"Digər zavodumuz - Zəyəm Texnologiyalar Parkı - xarici ölkələrlə əməkdaşlığın güclənməsi sayəsində inkişaf edir. . Onun Orta Asiya və Avropa ölkələrinə ixracatı yüksək olmuşdur."

Rayon ərazisində belə bir zavodun fəaliyyət göstərməsi həm işsizlik probleminin həllinə töhfə verir, həm də mühəndis kadrlarının inkişafı üçün əlverişli şərait yaradır. İstehsalat sektorunda dinamik dəyişikliklərə uyğunlaşmaq müasir bazar şəraitində uğurun əsas açarlarından biridir. "Azmade Group" olaraq, bu çevik strategiyalarla daha effektiv nəticələr əldə etdiyinimizi qeyd edə bilərəm.

Bir sözlə, bizə uğur yaraşır!"

Son xəbərlər