Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı mayda 61 % artıb
Bu ilin yanvar-may aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 453 kiberhücum indikatoru (IOC) müəyyən edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24 % çoxdur.
Kibertəhdidlərin 190-ı daxili araşdırma, 263-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Təkcə mayda isə 82 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 61 % çoxdur.
Hesabat dövründə "AzStateNet" şəbəkəsi üzrə 814,37 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 4 milyon 480 min 400, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 195 082 zərərverici tərkibli elektron sənəd blok edilib.
Oxşar xəbərlər
Azərbaycanlı məşhurlar övladlarını sosial şəbəkələrdən necə qoruyurlar?
Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan...