Azərbaycanda zorakı hərəkətlər törədənlər həbs olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda zorakı hərəkətlər edənlər azadlıqdan məhrum ediləcək.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə yeni 133.1-1-ci maddə əlavə olunur.
Yeni maddəyə əsasən, məişət zəminində bu məcəllənin 126 və 127-ci (Qəsdən sağlamlığa ağır zərər vurma, qəsdən sağlamlığa az ağır zərər vurma) maddələrində göstərilən nəticələrə səbəb olmayan, mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verənlər dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...