Azərbaycanda tövləni xatırladan orta məktəb - VİDEO

Azərbaycanda tövləni xatırladan orta məktəb - VİDEO
Video
Sosial 549
Sabirabad rayonu, Yolcubəyli kəndində orta məktəb bərbad vəziyyətdədir.BAKU.WS xəbər verir ki, bu barədə kənd sakinləri sosial şəbəkələrdə şikayətlərini bildiriblər. Vurğulanır ki, burada məktəb təmirsiz olmaqla yanaşı, həm də şagird və müəllimlərin həyatı üçün təhlükəlidir.Məktəbdən video görüntüsünü çəkib “Facebook”da paylaşılıb. Videodan da, göründüyü kimi şagirdlərin təhsil aldığı məktəb mal tövləsini xatırladır.Məktəbdə pilləkanlar taxtadan və uçulmuş vəziyyətdədir.Məktəbdə yanğın baş versə, onu söndürmək üçün normal şərait də yoxdur. Yalnız bircə yanğınsöndürən balon var ki, o da işlək vəziyyətdə deyil.Eyni zamanda, məktəbin döşəməsi uçuq-sökükdür. Məktəbin şüşələri olmadığı üçün onun üstünə sellofan paket vurulub. Qapıları isə nə bağlanır, nə də normal açılır.Bir sözlə, Azərbaycan gəncliyinin bünövrəsi qoyulan təhsil ocağı tövləni xatırladır.Məsələ ilə bağlı Təhsil Nazirliyilə əlaqə saxladıq. Nazirlikdən BAKU.WS-ə bildirdilər ki, məsələ qeydiyyata alınıb. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, Sabirabad rayonunda təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlər davam etdirilir. Qeyd olunan Proqrama əsasən, Yolçubəyli kənd tam orta məktəbinin əsaslı təmiri nəzərdə tutulub. Bununla yanaşı, cari ildə Sabirabad rayonunda Türkədi kənd tam orta məktəbi üçün yeni binanın tikintisi və Çığırğan kənd modul tipli tam orta məktəbin quraşdırılması nəzərdə tutulur. Proqram çərçivəsində rayonun Əhmədabad kənd tam orta məktəbinin əsaslı təmiri, Quruzma, Qalaqayın kənd tam orta məktəbləri üçün yeni binanın tikintisi, habelə Balakənd kənd və Osmanlı kənd modul tipli ümumi orta məktəbinin tikintisi planlaşdırılır”, - deyə məlumatda bildirilir. Qeyd edək ki, son 5 ildə 600-dən çox, 2003-2018-ci illər ərzində 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Bugünədək həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb.Eyni zamanda 2019-cu ildə 84 məktəb binası istifadəyə veriləcək.Ziya SƏCCAD

Son xəbərlər