Nazirlikdən məktəbin pəncərəsindən özünü atan qızla bağlı AÇIQLAMA
06
apr
2019
17:21
Təhsil Nazirliyi Bakıda özünü məktəbin üçüncü mərtəbəsindən atan şagirdin ölməsi ilə bağlı məlumat yayıb. Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın aldığı xəsarətlərdən dünyasını dəyişməsi ilə əlaqədar şagirdin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib."Eyni zamanda məktəb direktoru bəzi sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələri nümayəndələrinin hadisənin həssaslığını nəzərə almasını xahiş edir. Məktəb direktoru məsələ ilə bağlı məlumatında bildirir ki, əvvəl 49 nömrəli "İntellekt" məktəb-liseyində və 203 nömrəli tam orta məktəbdə təhsil alan Elina Hacıyeva 2018-ci ilin noyabr ayından 162 nömrəli tam orta məktəbə köçürülüb. Məktəbdə təhsil aldığı dövrdə məktəb rəhbərliyinin daimi nəzarətində olub, onun müxtəlif davranışları ilə bağlı özü və anası ilə məktəbin psixoloqunun iştirakı ilə bir neçə dəfə söhbət aparılıb, bu barədə aidiyyəti dövlət qurumlarına müraciət olunub. Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisənin təfərrüatı araşdırılır".BAKU.WS
Oxşar xəbərlər
Özünü 4-cü mərtəbədən atan 162 saylı məktəbin şagirdi Elina öldü - FOTO
İki gün əvvəl intihar məqsədilə özünü məktəbin 4-cü mərtəbəsindən aşağı atan 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva öldü. BAKU.WS xəbər verir ki,...