Azərbaycanda son bir ildə 11 meyitdən orqan köçürülməsi həyata keçirilib
Azərbaycanda son bir ildə beyin ölümü keçirmiş 11 meyitdən orqan transplantasiyası həyata keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin həkimi Mircəlal Kazımi "DOST TV"nin canlı efirində deyib.
Onun sözlərinə görə, bu günə qədər 1 500 orqan köçürülməsi əməliyyatı icra olunub:
"Onlardan 11-i meyit donordan alınan orqanların transplantasiyasıdır".
Xatırladaq ki, 2025-ci il fevralın 24-də Azərbaycanda ilk dəfə meyit donordan alınan orqan köçürülməsi həyata keçirilib. 2025-ci il oktyabrın 31-də isə Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində sosial-emosional öyrənmə proqramı icra olunur
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evi sosial xidmət müəssisələrində yaşa...