Azərbaycanda daha 154 nəfərdə COVID-19 aşkarlanıb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 154 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 36 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 116 nəfər müalicə olunaraq sağalıb, 538 nəfər vəfat edib, aktiv xəstə sayı 2 078 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 730, ötən müddət ərzində isə ümumilikdə 935 396 test aparılıb.
Oxşar xəbərlər
Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlandı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlə...