Reanimasiyadakı koronavirus xəstələrinin sayı artır
Azərbaycanda xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən koronavirus xəstələrinin sayı artıb.
TƏBİB-dən BAKU.WS-ə verilən məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 314 nəfərdir. Qeyd edək ki, dünən reanimasiyada olanların sayı 313 nəfər idi.
Qeyd edilir ki, hazırda ölkədə süni tənəffüs cihazında olan xəstələrin sayı 69 nəfərdir. Ötən gün ölkədə süni tənəffüs cihazında olan xəstələrin sayı 70 nəfər idi.
Azərbaycanda koronavirus infeksiyasına 396 yeni yoluxma faktı qeydə alınıb, 558 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 30 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23 242 nəfər müalicə olunaraq sağalıb, 423 nəfər vəfat edib, 6 781 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 838, ötən müddət ərzində isə ümumilikdə 690 386 test aparılıb.
Oxşar xəbərlər
Azərbaycanda daha 396 nəfər koronavirusa yoluxub, 558 nəfər sağalıb
Azərbaycanda koronavirus infeksiyasına 396 yeni yoluxma faktı qeydə alınıb, 558 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BAKU.WS xəbər verir ki, bu barə...