Azərbaycana qış fəsli daxil olub
Azərbaycana qış fəsli gəlib.
Qış fəsli saat 07:27-də daxil olub.
Bununla da cari ilin son fəsil dəyişməsi hadisəsi baş verib, Şimal yarımkürəsində, o cümlədən Azərbaycanda qış fəsli başlayıb.
Qeyd edək ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir (Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur). Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Bu gün gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san., gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san. olacaq.
Şimal yarımkürəsində qış fəsli nöbəti ilin martına qədər davam edəcək. Mart ayının 20-si saat 07:06-da yaz fəsli qışı əvəz edəcək.
Oxşar xəbərlər
2024-cü ildə fəsillərin Azərbaycana daxilolma vaxtları AÇIQLANDI
2024-cü ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb. Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat...