Azərbaycanda yaz bu tarixdə başlayacaq

Azərbaycanda yaz bu tarixdə başlayacaq
Sosial 146

2023-cü ildə Yaz fəsli Azərbaycana 21 Mart saat 01:24-də daxil olacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Qeyd olunub ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarım kürəsində Yaz fəsli başlayacaq.

Qeyd edək ki, şimal yarımkürəsində Yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək. İyunun 21-i saat 18:57-də baharı yay əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun Gündüz və ən qısa Gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 24 san., gecənin uzunluğu isə 8 saat 56 dəq. 36 san. olacaq.

Oxşar xəbərlər

Azərbaycana gələn il fəsillər bu tarixdə girəcək

Azərbaycana gələn il fəsillər bu tarixdə girəcək

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası 2023-cü ildə fəsillərin Azərbaycana daxilolma vaxtlarını açıqlayıb. Kafedradan BAKU.WS-ə v...

220 Sosial 12:25 26 oktyabr 2022

Son xəbərlər