Azərbaycanda payız fəsli başlayıb

Azərbaycanda payız fəsli başlayıb
Sosial 337

Azərbaycana payız fəsli daxil olub.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, payız ölkəyə sentyabrın 22-si saat 23:21:00-da qədəm qoyub.

Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayır.

Qeyd edək ki, Azərbaycana qış fəsli isə 21 dekabr saat 19:59:00-də gələcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olacaq.

Oxşar xəbərlər

Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq

Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq

Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq. BAKU.WS AMEA Şamaxı Astrofizika Rəsədxanasına istinadən xəbər verir ki, payız fəsli Azərbaycana 22 sentyabr sa...

167 Sosial 10:20 19 sentyabr 2020

Son xəbərlər