Bu həftə Azərbaycana yaz fəsli daxil olacaq

Bu həftə Azərbaycana yaz fəsli daxil olacaq
Sosial 112

Həftəsonu - martın 20-də Azərbaycana yaz fəsli daxil olacaq.

BAKU.WS xəbər verir ki, yaz fəsli ölkəmizə martın 20-si saat 19:33-də qədəm qoyacaq.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarımkürəsində Yaz fəsli başlayacaq.

Qeyd edək ki, Şimal yarımkürəsində Yaz fəsli iyun ayının 21-nə qədər davam edəcək. İyunun 21-i saat 13:13-də Yay fəsli Yazı əvəz edəcək.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun Gündüz və ən qısa Gecə olur.

Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə, 36 saniyə olacaq.

Oxşar xəbərlər

Azərbaycanda payız fəsli başlayıb

Azərbaycanda payız fəsli başlayıb

Azərbaycana payız fəsli daxil olub. BAKU.WS “Report”a istinadən xəbər verir ki, payız ölkəyə sentyabrın 22-si saat 23:21:00-da qədəm qoyub. Bu zaman gecə ilə gü...

337 Sosial 23:40 22 sentyabr 2021

Son xəbərlər