Azərbaycana qış fəsli gəldi
Bu gün saat 13:20:30-da Azərbaycana qış fəsli daxil olub.
BAKU.WS bununla bağlı Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına istinadən xəbər verir.
Məlumata görə, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirib və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olub. Şimal yarımkürəsində qış, cənub yarımkürəsində isə yay fəsli başlayıb.
Belə ki, bu gün ilin ən qısa gündüzü (gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san) və ən uzun gecəsi (gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə) olur.
Qeyd edək ki, qış fəslinin uzunluğu 88 gün 23 saat 40 dəqiqə 55 saniyə olacaq.
Oxşar xəbərlər
"Ötən il vəziyyət nisbətən yaxşı idi, indi isə xeyli pisləşib" - Lökbatanda sakinlər susuzluqdan şikayət edirlər
Qızmar yay günlərində suya tələbatın artdığı bir vaxtda Lökbatan qəsəbəsinin 6-cı yaşayış massivində su problemi yaşanır. Sakinlərin Baku TV-yə bildirdiyinə gör...