Azərbaycana gətirilən nektarin və şaftalı tinglərində VİRUS AŞKARLANDI
İdxal olunan nektarin və şaftalı tinglərində virus aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində "Agro Plant" MMC-nin Türkiyədən idxal etdiyi nektarin və şaftalı tinglərindən AQTA əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında "şarka" virusu aşkarlanıb.
"Faktla bağlı 18 min ədəd nektarin, 18 240 ədəd şaftalı tinginin gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Hazırda qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməkdədir.
Qeyd edək ki, "şarka" virusu meyvə ağaclarında, xüsusilə nektarin, şaftalı, gavalı və albalıda ciddi xəstəliklərə səbəb olur. Virus bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Alimlər qaçmağın insan sağlamlığına gözlənilməz faydalarını açıqlayıblar
Mütəxəssislər hesab edirlər ki, müntəzəm qaçış təkcə fiziki formanı yaxşılaşdırmır, həm də beyin fəaliyyətinə, emosional vəziyyətə və yaşlanma prosesinə müsbət...