"Aşura" ilə əlaqədar neçə nəfər qan verib?

10
sen
2019
19:30
Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyasında 5 809 nəfər könüllü olaraq qan verib.Bu barədə Səhiyyə Nazirliyindən BAKU.WS-ə bildirilib.Nazirlikdən qeyd edilib ki, saat 18:00-a olan məlumata əsasən 5 809 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2 614.1 litr qan tədarük olunub.Qeyd edək ki, Aşura günü 28 şəhər və rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayıb.Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Oxşar xəbərlər
Aşura günü ilə bağlı qanvermə aksiyasına başlanılıb
Azərbaycanda Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə kön...
