AQTA 316 müəssisənin fəaliyyətini ciddi nöqsanlara görə məhdudlaşdırılıb
Bu ilin altı ayında 316 müəssisənin fəaliyyəti ciddi nöqsanlara görə məhdudlaşdırılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev qurumun 2026-cı ilin ilk altı ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, cari ilin altı ayı ərzində 2254 müəssisədə 2586 yoxlama keçirilib və 1963 müəssisədə uyğunsuzluq müəyyən edilib:
"Nəticədə ciddi nöqsan aşkarlanan 316 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb (nöqsanları aradan qaldıran 95-nin fəaliyyəti bərpa olunub). Uyğunsuzluq aşkarlanan 1600 tona yaxın, 450 min litr və 130 min ədəd məhsul məhv edilib, 430 ton məhsul utilizasiya olunub. Ticarət şəbəkələrindən isə 1 tondan artıq uyğunsuz məhsul yığışdırılıb. Reydlər zamanı mənşəyi məlum olmayan və istehlaka yararsız 30.7 ton ət (o cümlədən 432 kq at əti məhv edilib).
Oxşar xəbərlər
Arıqlama çayı və qəhvələrində təhlükəli maddələr aşkarlandı
Arıqlama məqsədilə satılan bəzi məhsulların tərkibində insan sağlamlığı üçün təhlükəli maddələr aşkar edilib. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida...