Adil Kərimli Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyulun 30-da görkəmli bəstəkar, pedaqoq, "Şöhrət", "Şərəf" və 1-ci dərəcəli "Əmək" ordenləri laureatrı, Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib.
Bu barədə BAKU.WS-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bəstəkarın səhhəti ilə maraqlanan nazir ona xoş arzularını çatdırıb.
Qeyd olunub ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva ölkəmizdə mədəniyyətin, ədəbiyyatın inkişafında xidmətləri olan şəxslərin fəaliyyətini daim diqqətdə saxlayır, öz qayğılarını əsirgəmirlər. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu ənənə yaradıcı insanlar üçün böyük stimuldur.
Tofiq Bakıxanovun bənzərsiz yaradıcılığı ilə musiqi mədəniyyətimizi zənginləşdirdiyini deyən Adil Kərimli onun bu sahədə xidmətlərinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd edib.
Xalq artisti Tofiq Bakıxanov yaradıcılığına göstərilən xüsusi diqqətə görə ölkə başçısına təşəkkürünü bildirib.
Qalereya
Oxşar xəbərlər
KOBİA və Türk Ticarət Mərkəzi əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalayıb
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalan...