Adil Kərimli: "Tarixi-dini ibadət məkanları iki istiqamətdən nəzərdən keçirilir"
"Tarixi-dini ibadət məkanları iki istiqamətdən nəzərdən keçirilir".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikası Mədəniyyət Naziri Adil Kərimli "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda bildirib.
Nazirin sözlərinə görə, birinci, onlar zəngin Azərbaycan memarlığının ifadəsidir, qədim dövrlərə məxsus olan və zəngin bir irsə sahib olan memarlıq nümunəsidir.
Digər tərəfdən, onlar Azərbaycanda mövcud olan və dərin köklərə malik olan tolerantlıq mühitinin formalaşması, bizim milli-mənəvi dəyərlərimizin yaşatması üçün vacib olan məkanlardır:
"Bu iki konteksti bir-birindən ayırmaq çətindir və olmaz. Ona görə də həm milli-mənəvi dəyərlərin qorunması istiqamətində və bu sahədə dini ibadət ayinlərinin icrası önəmli məsələdir. Dövlətimiz bunun üçün şəraiti yaradıb, lakin onun memarlıq dəyəri də - yəni Azərbaycan dövlətçiliyinin, Azərbaycan cəmiyyətinin milli kimliyinin qorunması istiqaməti kimi onun orijinallığının qorunması da bizim üçün çox önəmlidir".
Banu Hüseynli
Oxşar xəbərlər
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. BAKU.WS xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, kor...