Abşeronun bir hissəsi işıqsız qalıb

03
yan
2019
23:26
Abşeron rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, fasiləyə bu gün saat 21:00 radələrində yüksəkgərginlikli Saray xəttində baş vermiş qəza səbəb olub.Nəticədə Abşeron rayon Saray qəsəbəsinin bir hissəsi, Üzümlük yaşayış massivində olan 1000-ə yaxın abunəçinin elektrik enerjisi ilə təchizatı kəsilib.Sakinlərin sözlərinə görə, qəza səbəbindən Sumqayıt şəhəri ilə Saray qəsəbəsini və Bakı-Quba yolunu birləşdirən general Məhəmməd Əsədov prospektində işıqforların da fəaliyyyəti dayanıb. Nəticədə yolda avtomobillərin və piyadaların hərəkətində müəyyən çətinliklər yaranıb."Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report"a bildirib ki, hazırda qurumun əməkdaşları qəza yerindədir:"Hadisədən xəbərimiz var. Dərhal əməkdaşlarımız və texnikamız əraziyə ezam olunub. Hazırda onlar baş verən qəzanın nəticələrini aradan qaldırmaqla məşğuldurlar".BAKU.WS

Oxşar xəbərlər
"Azərenerji”dən Mingəçevirdəki təmir işləri ilə bağlı AÇIQLAMA
"Azərenerji” ASC-3 iyul tarixində, saat 00:20 radələrində “Azərbaycan” İES-in 330 kV-luq yarımstansiyasında baş vermiş qəza ilə bağlı məlumat yayıb."APA-Economi...